WOW
WOW

“Məni bəyənməyənlər ömür boyu qadın obrazından çıxmayıblar”

“Məni bəyənməyənlər ömür boyu qadın obrazından çıxmayıblar”

Əməkdar artisti Elza Seyidcahan qonaq olduğu “Zarafat Bir Yana” verilişində tamaşaçıların sualını cavablandırıb.

OLAY yazır ki, bu sözləri, izləyicilərdən biri Əməkdar artist Rəfael İsgəndərovun onun şeirlərinə bildirdiyi fikri yada salıb.

Seyidcahan isə həmin suala belə cavab verib:

“Mən bu verilişində Rafael İsgəndərov qonaq olduğu bölümə baxdım. Yaradıcılıq odur ki, ağlatmalısan, güldürməlisən. Məni bəyənməyən insanlar ömürboyu qadın obrazından çıxmayıblar. Bunu demək istəməzdim, amma keçən dəfə Zaurun verilişində bu ifadəni işlədəndə düşünürdüm ki, aktyordur zarafat edir. Mən də zarafatı qəbul etdim. Amma sizin verilişində onun cavabından sonra mən gördüm ciddidir. Demək ki, o şeirlərimi başa düşməyib. Onda mən də deyim ki mən səy-səy sənin neçə ildir yaşıl pencəyinə baxıram, gülürəm. Bu mənim yaradıcılığımdır əgər sən başa düşmürsənsə, bu mənim günahım deyil. Coşqun mənə heç vaxt bu sözü deməzdi, amma Rafaelin deməyi məni məyus etdi”.