WOW
WOW

“Mənə bu itkilər çox ağırdır”

“Mənə bu itkilər çox ağırdır”

“Etiraf etmək istəyirəm. Mən qıraqdan nə qədər güclü və xoşbəxt görünsəm də, bir o qədər çox kədərliyəm”.

OLAY yazır ki, bu sözləri instaqramda aktyor Corc Qafarov paylaşıb. O, fikirlərinə bunları da əlvə edib:

“Ana, ata, baba, nənə, dayı, əmi bütün ailəni itirmək, o sevgilərin heç birini duymamaq və bununla həyatı mənəvi olaraq davam etmək çox çətindir. Sadəcə bunu izah edə bilmirəm ki, mənə bu itkilər necə ağırdır. Karyera, pul, şan-şöhrət bunlar boş şeydir. Doğmalarınızın həyatda olduqları vaxtda çox sevin, çox sevgi alın. Ailəsindən 1 nəfər belə yanında olmayan insanlar var bu həyatda. Sizə ailə sevgisi, xoşbəxtliyi arzulayıram. Mənə isə onlar üçün hönkür-hönkür ağlayıb yola davam etmək düşür!”.