Azərbaycanlı influenserlər talassemiya xəstəsi olan Aylin üçün 70 min manat toplayıb.
OLAY yazır ki, aralarında Fatimə Əhmədova (Ülvifatime), Nərmin Səlimova (onarmin), Lalə Şahverdiyeva (Lalashaverdiyeva), Arzu Məmmədova (Arzu_Ja), Elmir Namazova və Könül Həmzəyevanın yer aldığı blogerlər yardım kampaniyasında iştirak edib. Aylin üçün lazım olan 70 min manat civarında məbləğ 24 saata tamamlanıb.
Adları sadalananlarla bərabər məbləğin yığılmasında 30-a yaxın bloger təşəbbüs göstərib.
Onların bir qismi Aylinin ailəsinin yanına - Şirvan şəhərinə yollandı. Digərləri isə canlı yayımlara qoşularaq izləyicilərini dəstək olmağa çağırıb.