WOW
WOW

“Mən çox istəyərdim ki, o, yaşasın”

“Mən çox istəyərdim ki, o, yaşasın”

Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylərin vəfatından sonra atdığı addımdan danışıb.

OLAY yazır ki, bu barədə estrada ulduzu “İncə səhər” proqramına açıqlama verib.

“Bu haqda çox dərin danışmayım. Yalançılıq çıxmasın. Çünki o insanı dərin tanımırdım. Doğrudan da çox xətrimə dəymişdi, küsmüşdüm. Bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var, bilmək olmur ki, sabaha nə olacaq. Nə könül qıraq, nə də kiminsə nisgilini, pis enerjisini içimizdə aparaq. Mən çox istəyərdim ki, o, yaşasın. Çünki balası var. Amma daim yaşayacaq. Ancaq bunu deyə bilərəm”, - deyə, Röya bildirib.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqal uzun illərə dayanır. A.Bəylər R.Ayxan haqda DJ Kazım Sübhanının proqramına açıqlama verərkən həmkarının sənətini və onu dinləyənləri aşağılamışdı. Analoji hal “Onlar” verilişində davam etmiş, llər sonra Elgiz Əkbərin səhər şousunda da təkrarlanmış, Aygün Bəylər bu dəfə daha sərt ifadələrə yer vermişdi.

Röya Ayxan sənətçini məhkəməyə versə də, sonradan istəyindən vaz keçmiş, onunla qızı Cananın videosunu paylaşaraq bu sözləri yazmışdı:

“Sənin qızın var. Sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.