WOW
WOW

Barışıblarmış....

Barışıblarmış....

Xalq artistləri Faiq Ağayev və Zülfiyyə Xanbabayeva 22 il sonra barışıb.

OLAY yazır ki, bu barədə Ağayev “10-da görüşək” verilişində danışıb. Faiq deyib ki, Xanbabayevaya barışıq addımını o atıb:

“Münasibətlərin yoxluğu var. Amma səhv münasibət yoxdur. O siyahıdan bir insanla yarım il əvvəl konsertlərin birində görüşüb danışdıq.  O dönəmdə bir xəbər yayıldı ki, Dəniz adlı bir abituriyent İngiltərənin universitetlərinin birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar.  Əksinə deyiblər ki, biz sənə təqaüd verəcəyik. Qızın adı Dəniz idi. 

Mən də bilirdim ki, Zülfiyyənin qızının adı Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, sənin qızındır o? Fəxr edirəm onunla. Cavab verdi ki, nə? Əhvalatı danışdım. Dedi ki,  o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur. Söylədim ki, Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun və tələbə təqaüdünü xarici ölkə versin.
O zamandan bəri biz Zülfiyyə ilə görüşürük, salamlaşırıq. Həyatın bilmədiyimiz tərəfləri var. Kimdənsə, biz müvəqqəti uzaqlaşırıq, kimdənsə, birdəfəlik uzaqlaşdırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzun, 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Niyə onunla danışmayım? Arada olan anlaşılmazlıq itən kimi onunla ağırlıqda və ləkə də gedir”.