WOW
WOW

“Yeni ildə “vəhşi seks”dən çəkinin!” - Alimlərdən xəbərdarlıq!

“Yeni ildə “vəhşi seks”dən çəkinin!” - Alimlərdən xəbərdarlıq!

Alimlər Yeni il şənliklərində bizi “vəhşi seks”dən çəkindirirlər. 

OLAY yazır ki, alman həkimlər Milad bayramı zamanı penis sınıqları riskinin kəskin şəkildə artdığını aşkar ediblər. Penis sümükdən olmasa da, kobud şəkildə qırıla bilər. “Bundan sonra penis adətən badımcana bənzəyir, bənövşəyi olur və şişir”, - deyə, həkimlər bildirir.

Elmi araşdırmaların nəticələri “British Journal of Urology International” jurnalında dərc olunub. Münhen Universitetinin mütəxəssisləri 2005-2021-ci illər arasında Almaniyada yaralanmış 3000-dən çox kişinin məlumatlarını təhlil ediblər. Milad dövründə - 24, 25 və 26 dekabrda illər ərzində 40 penis sınığı qeydə alınıb. 

Tədqiqat zamanı Yeni il gecəsi də daxil olmaqla, başqa mövsümi sıçrayışlar müşahidə olunmayıb. Nəticə olaraq, elm adamları güclü cinsi əlaqə zamanı travmatik mövqelərdən çəkinməyi tövsiyə edir və zədələrin adətən vəhşi formada ehtiras səbəbindən baş verdiyini qeyd edirlər.