WOW
WOW

Kirkorova qarşı sərt addımlar davam edir!

Kirkorova qarşı sərt addımlar davam edir!

Rusiyanın Xalq artisti Filip Kirkorovun saytı bloklanıb.

OLAY yazır ki, mənbəyə keçməyə çalışdığınız zaman “Xəta 4030” mesajı görünür.

“Sayt bloklanıb. Zəhmət olmasa, sonra yenidən yoxlayın”, – müğənninin saytındakı mesajda deyilir.

SprintHost hostinq provayderindən gələn mesajda bildirilir ki, bloklamanın səbəbi hesab sahibinə məktubla bildirilib.

Qeyd edək ki, bir gün əvvəl məlum olub ki, Kirkorov İvleevanın qalmaqallı məclisinə görə “İvan Vasilyeviç hər şeyi dəyişir” filminin afişasından çıxarılıb. TNT-nin baş direktoru Tina Kandelaki bildirib ki, filmin sonluğu yenidən çəkilməyə başlayıb.

Onu da bildirək ki, bundan əvvəl Kirkorovla səhnələrin bütün Yeni il şoularından çıxarılacağı bildirilirdi. İnsayder gileylənib ki, “Maska” şousunun Yeni il buraxılışında müğənnini əvəz etmək kifayət qədər çətin olacaq, çünki sənətçi münsiflər heyətinin üzvlərindən biridir.

Kirkorova qarşı olan hadisələrin səbəbi isə bloger Nastya İvleeva dekabrın 20-də Mutabor klubunda şənlik təşkil etməsi olub. Belə ki, dress koda görə qonaqlar açıq-saçıq geyimdə gəlməli idi. Tədbirdə Kseniya Sobçak, Olqa Orlova, Filipp Kirkorov, Qlukoza, Lolita Milyavskaya, Oksana Samoylova, reper Vacio və Djiqan iştirak ediblər. Bloger partinin açıq-saçıq konseptinə görə tənqid edilib.

Ad günündə iştirak edənlərin bir qismi xalqdan üzr istəyib.