WOW
WOW

Nura valideynlərinin Heydər Əliyevlə fotosunu paylaşdı

Nura valideynlərinin Heydər Əliyevlə fotosunu paylaşdı

Müğənni Nura Suri valideynlərinin Heydər Əliyev ilə görüşdən lentə alınan fotosunu paylaşıb.

OLAY yazır ki, sənətçi paylaşıma aşağıdakı şərhi əlavə edib:

“Valideynlərimə ayırdığı diqqət və hörməti unutmadıq. Anam nəvəsinə Heydər adı qoydu”.

Qeyd edək ki, N. Surinin hər iki valideyni Azərbaycanın Milli Qəhrəmanıdır. Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.

Müğənnin atası Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.