WOW
WOW

İsraildə onları öldürmək istəyirlər...

İsraildə onları öldürmək istəyirlər...

İsraildə dünyaca məşhur müğənni Dua Lipa, model Bella Hadid və porno ulduz Mia Kalifa qara siyahıya salınıb.

OLAY yazır ki, vəziyyət o həddə çatıb ki, sadalanan məşhurlarla bağlı qalmaqallı mahnı yayımlanıb.

Hazırda İsrail trendlərində 1-ci olan mahnıda ordudan bu populyar simaların öldürülməsi istənilir.

Sosial şəbəkə istifadəçiləri isə onların qorunması üçün həyəcan təbili çalıb. Sözügedən mahnını yayımlayan platformalara yazıb, şikayət edir. Dua, Bella və Mianın konumlarının paylaşılmaması üçün çağırış edirlər.

Stilla və Ness adlı ifaçıların səsləndirdiyi mahnı “Charbu Darbu” adlanır.

Xatırladaq ki, bu məşhurlar İsrail-Fələstin savaşında Fələstinə dəstək olublar.