Müğənni Xatirə İslam dələduzluq halı ilə rastlaşıb.
OLAY yazır ki, Gülnisə Feyzullayeva adlı dərzi ifaçını aldadıb. Bununla bağlı sənətçi instaqramda paylaşım edib. O, Daxili İşlər Nazirliyini işarələyərək sözügedən şəxsdən şikayətçi olduğunu bildirib:
“Bu dərzini tanıyan, bilən varsa, bizə yazsın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Ölkəmizdə olan qayda-qanunlara çox güvənirəm. Şikayətimi qəbul edin”.