Nişantaşında görüntülənən türk aktyor Selim Bayraktar jurnalistlərin suallarını cavablandırıb.
OLAY yazır ki, aktyor həmkarı Serhat Kılıçın vəfatı barədə də danışıb.
Bayraktar “Keçmişdə xərçəng xəstəliyindən müalicə almışdı. Son çəkiliş gününə qədər birlikdə idik. Boynu ilə bağlı narahatlığı var idi, həkimlər dərman vermişdi. Serhatı vəfat etməzdən bir gün əvvəl həkimə aparacaqdım. “Təksən?” deyə soruşdum, “Xeyr” demişdi. Demək, tək imiş. Bəzən baş verəcək hadisənin qarşısını ala bilmirsiniz. Serhatı çox sevirdim” deyə bildirib.