41 yaşlı rus reper Ciganın və bloger Oksana Samoylovanın 15 yaşlı qızı Ariela atasının narkotik asılılığı haqqında danışıb və evlərində baş verən atışma insidentinin təfərrüatlarını açıqlayıb.

OLAY yazır ki, qız açıqlamasında “Mən Mayanın yanına daxil olub dedim: “Ata yenə narkotikin təsiri altındadır, hazırlaş, tezliklə gizlənmək və ya qaçmaq lazım gələcək. O yenə silahlıdır, otaqda otur”. O dedi: “Hə, aydındır”. Sonra Leya ilə aşağı düşdük, pəncərəni açdıq və onun mühafizəçiyə necə atəş açmağa başladığını gördük” deyə Kseniya Sobçaka müsahibəsində danışıb.

Daha sonra Ariela “Maya nə baş verdiyini anlayırdı. Mən çox qorxurdum, başa düşürdüm ki, gizlənsəm, daha pis olacaq. Maya və Leyanın məsuliyyəti mənim üzərimdə idi. Sonra anam yazdı ki, indi onun arxasınca gələcəklər. O bizə gizlənməyi tapşırdı, atışma olacaqdı” deyə bildirib.

Həmçinin 38 yaşlı Oksana Samoylova müsahibədə Arielanın hələ evdə olarkən ona yazdığı mesajları göstərib: “Ana, biz öləcəyik. O dəli olub. Tez ol, xahiş edirəm. Qoy bu alçağı həbs etsinlər. O atəş açır. Başladı. O bizi içəridə bağladı. Ana, xahiş edirəm, yalvarıram. Xahiş et, kimisə göndərsinlər. Səni çox, çox istəyirəm. O bizi vurmağa gəlir. O bizi öldürəcək” deyə mesajda deyilir.

“Qoy bu alçağı həbs etsinlər” – Ciqanın qızı “Qoy bu alçağı həbs etsinlər” – Ciqanın qızı