Müğənni Cennifer Lopez sosial şəbəkələrdə diqqətçəkən paylaşım edib.

OLAY yazır ki, o, makiyajsız görüntüləndiyi bir video yayımlayaraq övladları üçün darıxdığını etiraf edib. Müğənninin keçmiş həyat yoldaşı Mark Entonidən olan 18 yaşlı əkizləri Maks və Emma kollecə gediblər.

Onlardan ayrı qalmaq Lopez üçün heç də asan olmayıb. O, “Boş evdə tək oturub ağlayıram, onları düşünürəm, uşaqlıq şəkillərinə baxıram” deyə danışıb.

Cenniferin sözlərinə görə, indi həyatında doldurmalı olduğu xeyli boş vaxt yaranıb. Bu vəziyyətdən yayınmasına isə gündəlik rutinləri kömək edir.