Müğənni Safura Əlizadə “Altın kelebek”in builki namizədləri siyahısında imiş.
OLAY yazır ki, bu iddianı stilist Elnur Həsənov irəli sürüb.
O, aparıcısı olduğu “Deməsəm, olmaz” verilişində bildirib ki, sənətçiyə belə təklif gəlsə də, Safura namizədlər siyahısında olmaqdan imtina edib.
Qeyd edək ki, mükafatlandırma gecəsində ölkəmizin təmsilçiləri Ayaz Babayev, Çinarə Məlikzadə və Nahidə Babaşlı olub. “Azərbaycanın parlayan ulduzu” kateqoriyası üzrə isə mükafatı N.Babaşlı qazanıb.
Onu da bildirək ki, Hiss və Çingiz Mustafayev də namizədlikdən imtina etmişdi.