Əməkdar artist Gülbahar Şükürlünün səhhəti ağırlaşıb.
OLAY yazır ki, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı xəstəxanaya yerləşdirilib.
Əməkdar artistin həkimi “Elgizlə izlə” verilişinə danışıb. Gülbahar Şükürlünün reanimasiyada olduğu qeyd edilib: "Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə gün öncə səhhəti ağırlaşdı, koma vəziyyətində xəstəxanaya gətirildi. Koma vəziyyətindən çıxara bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir" deyə, həkim vurğulayıb.