WOW
WOW

Tanınmış azərbaycanlı futbolçu karyerasını bitirdi

Tanınmış azərbaycanlı futbolçu karyerasını bitirdi

"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm! Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım, amma qismət deyilmiş".

OLAY yazır ki, bu sözləri Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov deyib. 

"Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!" - deyə Abışov bildirib. 

Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində “Zirə”, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Sabah”, “İnter” kimi klublarda da forma geyinib.