“Neftçi” futbol klubu 27 noyabr tarixində “Səbail FK” ilə oyuna narıncı rəng forma geyinərək “ZorakılığaSon” deyəcək.
OLAY yazır ki, komanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına qoşulub.
Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev "Neftçi" futbol klubunun başlatdığı “ZorakılığaSon” kampaniyasına öz dəstəyini göstərib.
Həmçinin, Xalq artisti Miri Yusif, aktyor Kamran Ağabalayev, reper ProMete ( Pərviz İsaqov) və başqaları narıncı rəng formalarla fotolarını sosial şəbəkə hesablarında paylaşaraq “Neftçi”nin aksiyasına qatılıb.