"Təhsil həyatımızın ən vacib hissəsidir. Gələcəyimiz məhz bundan asılıdır. Buna görə doğru təhsil müəssəsi seçmək şərtdir".
OLAY yazır ki, bu sözləri "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva yaxınını təqaüdlə Kanadaya təhsil almağa yollayan "ADA INTER" şirkəti haqda fikirlərini bildirərkən deyib.
"Xaricdə təhsillə məşğul olan ən etibarlı şirkət "Ada İnter"dir. Bura İradə xanının rəhbərliyi ilə düz 10 ildir gənclərə xidmət edir. Azərbaycanla yanaşı Polşa, Türkiyə, Ukrayna və Özbəkistanda da fəaliyyət göstərir. Mənim yaxınımı da təqaüdlə, rahat şəkildə Kanadaya təhsil almağa yolladılar. Sizi tanımağıma şadam, "Ada İnter".