İctimai TV-nin maraqla izlənilən layihəsi "Mikro Rayon" final edib.

OLAY yazır ki, ekran işinin prodüseri Sevinc Əliyeva layihə ilə bağlı post paylaşıb və bu sözləri yazıb:

"Hər şey "Mikro Rayon" adından başlandı... Düşünürdüm, gələcək nəslimiz biz olmayandan sonra necə olacaq? Biz valideynlər özümüzdən sonra onlara nə qoyub gedirik? Axı biz də ideal deyilik, bəlkə elə  onların cəmiyyət içində necə olmaqları bizdən asılıdır... Axı vaxtın necə gəlib keçdiyini hiss eləmirik, bir də ayılırsan ki, kino qurtardı... Hekayələrimiz bitməyib, görüşərik"