WOW
WOW

Brüs Uillis ağır xəstəliyə tutuldu

Brüs Uillis ağır xəstəliyə tutuldu

Aktyor Brüs Uillis demensiyadan ciddi şəkildə əziyyət çəkir.

OLAY yazır ki, bu barədə rejissor Qlenn Qordon Karon məlumat verib. O, aktyorda kardinal və geri dönməz dəyişikliklərin baş verdiyini deyib. 

Rejissor son illər 68 yaşlı aktyoru daim ziyarət etdiyini, təkcə onunla deyil, qızları və həyat yoldaşı ilə dəünsiyyətdə olduğunu vurğulayıb. 

Rejissorun sözlərinə görə, aktyor əvvəllər hər səhər yuxudan durub həyatdan həzz alıb. İndi o,  həyat sevincini itirib.

Hazırda Brüs kitab oxumağı dayandırıb, çətinliklə danışır.