Müğənni Nilufer koronavirusa yoluxub.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat verib.
Müğənni bu səbəbdən də 2 konsertini təxirə salmalı olub:
"Əziz dostlar və hörmətli tamaşaçılar, Bir neçə gün əvvəl başlayan yüksək atəş və müşayiət olunan simptomlarla təəssüf ki, “Covid” virusuna yoluxduğumu öyrəndim. Xəstəxanada müalicəm davam edir, amma hörmətli həkimlərimizin səyləri sayəsində tez zamanda sağalıb yenidən görüşəcəyik.
Buna görə Kuruçeşmdəki açıq hava konsertini 22 Sentyabr-14 oktyabr arasında dəyişdirməli oldum. Mümkün qədər tez birlikdə görüşəcəyik..."