Müğənni Niyam Salamiyə qarşı dələduzluq edilib.
OLAY yazır ki, bu barədə ifaçı özü məlumat verib.
N.Salaminin “YouTube” səhifəsi mənimsənilib: “Şəkildə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala Azərbaycanda “internet ağa”sı kimi təqdim edən bu şəxs, adımla bağlı olan şəxsi “Youtube” səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də, o, müxtəlif bəhanələr gətirərək şifrəni verməkdən boyun qaçırır. Sözü gedən Mamedi mən illərdir tanıyıram. Və dillər əzbərinə çevrilmiş “Gülüm-gülüm” mahnısına çəkilən klipin “Youtube” piarını ona həvalə etmişdim. Bunu ona görə qeyd edirəm ki, ekran işindən əldə olunan gəlirdən bir qəpik də olsun qonorar almamışam (söhbət həm də kanalımda yayımlanan digər ekran işlərindən də gedir).
Mamedin gördüyü işlərdən şikayətçi olan müğənnilər çox olsa da, yenə ilk adı hallanan mən, yəni sizin Niyam Salami oldu. Buradan üzümü hüquq-mühafizə orqanlarına tutub xahiş edirəm ki, məsələyə ciddi yanaşılsın. “Youtube” kanalım real təhlükə altındadır. Mən Mamed adlı şəxslə heç bir halda əməkdaşlıq etmək istəmirəm. O, isə məcbur edir ki, yalnız mənimlə işləməlisən!”.