Xəbər verdiyimiz kimi, Hollivud aktyoru Çad Lounun ortancıl qızı Fiona sentyabrın 29-da vəfat edib.

OLAY yazır ki, yaşadıqları ağır kədərə baxmayaraq, ailə Çadın qardaşı oğlu Metyu Lou ilə Emili Markusun toyunu təxirə salmayıb.

Toy mərasiminə Hollivudun bir çox məşhur simaları qatılıb. Açıq havada təşkil olunan mərasimi Qvinet Peltrou aparıb. İlk sırada isə Çadın böyük qardaşı Rob Lou həyat yoldaşı Şeril Berkoff və oğlu Conla əyləşib.

“Şirin yalançılar” serialı ilə tanınan Çad Lou mərasimə ağ köynək, qalstuk və parlaq mavi kostyumda qatılıb. Onun həyat yoldaşı isə sadə qara libasa üstünlük verib. Cütlüyün 17 yaşlı böyük qızı Meybl qara kardiqanla qızılı rəngli don geyinib, 10 yaşlı Piksi isə çiçək naxışlı libas seçib.

Övlad itkisindən 2 həftə sonra toya qatıldılar... Övlad itkisindən 2 həftə sonra toya qatıldılar... Övlad itkisindən 2 həftə sonra toya qatıldılar...