WOW
WOW

Məşhur aktyorun qızı evində ölü tapıldı

Məşhur aktyorun qızı evində ölü tapıldı

Əfsanəvi “Voroşilov atıcısı” rolunu oynayan aktyor Mixail Ulyanovun qızı vəfat edib.

OLAY yazır ki, 64 yaşlı Yelena Ulyanovanın meyiti Moskvanın Malaya Bronnaya qəsəbəsindəki öz mənzilində tapılıb. 

Ölümün dəqiq səbəbi bəlli deyil. İlkin məlumata görə, qadın ötən gecə ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.

Ulyanovun qızı qrafik - rəssamı kimi çalışıb. Onun əsərləri dəfələrlə xaricdə sərgilənib. Yelena atasının xatirəsinə fond təşkil edib.