Açıqlamaları ilə adından söz etdirən İbrahim Tatlıses bu dəfə var-dövləti ilə gündəmə gəlib.
OLAY yazır ki, bir müddət öncə "Sərvət dodaq uçuqladan məşhurlar" başlığı ilə paylaşılan siyahıda adı keçən İbrahim Tatlıses bu iddianı təkzib edib.
O, bütün sərvətini yazılı şəkildə açıqlayıb:
Seyrantəpədə 1.5 sot torpaq sahəsində, kababxana, Televiziya binası, "Tatlıses Şirkətlər Qrupu"nun binası, "By Tatlısesgiyim"in emalatxanası və mağazası, Demirciköy Alarko sitesində villa, Seyrantepe OYAK sitesinde üç mənzil, Şanlıurfada mənzil, Şanlıurfada 3 sot torpaq,
İzmir Narlıdere Folkart Evlərində mənzil, Hadımköy Günışığı Konaklarında villa, 1 qayıq, 2 sürətli qayığı, 2 Mersedes, 3 Jeep, 1 limuzin, 20 şirkət maşını, Bodrum Bitezdə 48 mənzilli "Tatlıses Paradise" və içərisində villa , Bodrum Bitezdə 6,5 sot dəniz kənarında 26 otaqlı Golo Beach Hotel, Bodrum Bitezdə 6,5 sot torpaq, Kuşadasında 8 sot torpaqda 6 mərtəbə, 157 otaq və 314 çarpayılıq "Tatlıses Hotel", İstanbulda 5 kabab evi, peyk kanalı və kabel televiziyasında yayımlanan kanal və Türkiyənin bir çox bölgəsində yayımlanan "Tempo TV".