TV proqram
TV proqram

“Gündə bir ər tapım?”

“Gündə bir ər tapım?”

Aparıcı Rövşanə Ağasəfqızının növbəti çıxışı diqqət çəkib.

OLAY yazır ki, onun təqdim etdiyi “Qarşı-qarşıya” verilişinin mövzusu “stress” olub.

Psixoloq Murad İsayev stressin yaranma səbəblərindən birinin monotonluq olduğunu söyləyib. 

Ağasəfqızı isə hazırda həyatının monoton olmadığını bildirib:

“Əksinə həyat rəngarəngdir. Mən həyatımda bir saniyə də boş vaxt tapmıram. Rəngarənglik nədir? Mənim işim rəngarəngdir, hər gün bir insan görürəm. Gündə bir işə gedim? Gündə bir ər tapım? Onda insanın həyatı monotondur?! Bir ərlə 40 il yaşayırsan”.

 M. İsayevdən aparıcıya cavab gecikməyib:

 “Həyatınızda 3 rəngarəng bir şey deyin. Sizin psixologiyanız elə rəngarəngdir. Söhbət ondan gedir ki, monoton işin verdiyi ağırlıqdan danışırıq. Sənin üçün demirəm, ay balam. Bu da hazırdır. Boşan get başqasına ərə. Siz danışmağa ərdən başladığınız üçün bunu deyirəm”. 

Aparıcı sonda psixoloqlarla bağlı müzakirə yaradan fikir səsləndirib:

“Bizim psixoloqların çoxuna psixoloq lazımdır. Hamını nəzərdə tutmuram. Sabah üstümə tökülüşüb gəlməyin”. 

İsayev isə Ağəsəfqızına “Niyə silkələndiz belə?” deyərək cavab verib.