Olay
Olay

Röya Ayxan “DreamFest”də olmayacaq

Röya Ayxan “DreamFest”də olmayacaq

Xalq artisti Röya Ayxan bu il “DreamFest”də səhnə almayacaq.

OLAY yazır ki, bu barədə estrada ulduzu “PrimeTime”a müsahibəsi zamanı danışıb.

Pop ulduz iştirak edə bilməmə səbəbini də açıqlayıb:

“Bax, şoudan danışdıq. Əlbəttə musiqinin bir qolu da şoudur. Hər kəs elə düşündü ki, biz ora ayrıca hazırlaşmışdıq. Bu, enerji ilə bağlı idi. Sözsüz böyük komanda çalışmışdı, yaxşı vəsait sərf olunmuşdu, geyimlər, rəqqaslar və sairə. 
Amma səhnədə özümü izləyəndə dedim ki, səni tanımadım. Bu, hansı Röyaydı? Anladım ki, səhnədə səslə birlikdə şou da lazımdır. Bu il biz yoxuq. Ona görə ki, mən bibi oluram. Bu da həmin aya düşür. Bilirsiniz ki, qardaşımla xanımı İstanbulda yaşayır. Mən gəlinimdən ötrü ölürəm. Onu tək qoya bilmərəm. İyul ayında olacaq, amma gününü bilmirik. Dedim ki, bu səfər məni bağışlayın. Əlbəttə biz açılışda olmalıydıq. Mən söylədim ki, orada iştirak etməyə söz versəm, yalançı çıxaram. Çünki burada bütün işlərimi bitirib İstanbula uçacam, gəlinimizin yanımda olacağam. Gözləyirəm, görüm, dünyaya nə gələcək. Bundan gözəl hədiyyə ola bilməz”.