TV proqram
TV proqram

Zaurun bu sualı müzakirə yaratdı

Zaurun bu sualı müzakirə yaratdı

Aparıcı Zaur Kamalın efirdə səsləndirdiyi ifadə müzakirə yaradıb.

OLAY yazır ki, “Həmin Zaur” verilişinin növbəti qonağı boşanması ilə gündəm olan müğənni Aysun İsmayılova olub. 

Aysun əvvəlcə “Bu kinonun əvvəlini danış. Necə oldu” sualını cavablandırıb:

“Bu, kino deyil. Doğrudan da ailə idi. Bəziləri deyirlər ki, saxta toy idi, belə olmalıydı. Düşünmürlər ki, belə olsa, bitirməzdim, davam edərdim. Mən onu edəsi qız deyiləm. Ehtiyacım yoxdur”. 

Daha sonra aparıcı ifaçıya keçmiş həyat  yoldaşı Eşqin Cəlilov tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı sual ünvanlayıb:

“Doğrudan səni döydü? Əl qaldırdı? Mikrofonları söndürsünlər, tək mənə de”.

Aysun isə qətiyyətlə bu sualı cavablandırmaq istəməyib: “Hər şeyi bilirsən, mən danışmaq istəmirəm”.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Zaurun sualı kobud şəkildə ünvanlandığını düşünüb.