Əməkdar artist Nahidə Orucova nənə olmaq istəyir.
OLAY yazır ki, bu barədə kino və teatr aktrisası “Elgizlə izlə” proqramında qonaq olarkən deyib. Orucova deyib ki, qızı dörd ildir evlidir və ondan nəvə istəyir:
“Nəvə istəyirəm. Artıq qızım 4-cü ildir ki, evlidir. Necə həsrətindəyəm, onu təsəvvür edə bilməzsiz. Hələ cavanam, nəvə görmək istəyirəm. Demişəm ki, uşağı mənə verin, gedin gəzin. Təki nəvə olsun. Nəvəyə görə teatrdan işdən də çıxaram. Qızıma dedim ki, övladın olsun, mən işdən çıxıb baxaram”.
Qeyd edək ki, N. Orucova Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır.