Ötən gün Azərbaycan Moda Həftəsinin final günündə podiumda öpüşən modellərin kimliyi ictimaiyyət arasında maraq doğurub.
OLAY yazır ki, Sergey Krauz və Marina Dar cütlüyü bir müddətdir sevgilidir.
Marina əslən Pirallahıdandır, ixtisasca mühasibdir. Valideynlərinin seçimi ilə Moskva Dövlət İqtisadiyyat və İdarəetmə Universitetində təhsil alıb. Bir müddət peşəsi üzrə Ukraynada çalışıb, daha sonra Azərbaycana qayıdıb. 24 yaşlı Dar yeddi ildir model kimi fəaliyyət göstərir.
26 yaşlı Sergey isə ixtisasca rəqqasdır. 11 illik rəqs karyerasını bitirib və model kimi fəaliyyət göstərib. O, sevgilisi kimi yeddi ildir bu peşə ilə məşğul olur, həm də foto çəkməyi sevir.
Krauzun İnstaqramda 9 min, Marinanın isə 20 minə yaxın izləyicisi var.
Həmçinin, cütlüyü dünəndən etibarən sosial şəbəkələrdə tənqid edənlərin sayı çoxluq təşkil edir. Sergey ittihamlara sosial şəbəkədə cavab verib:
“Bəli, biz bunu etmişik. Amma bir şey başa düşün ki, hamı bizi kimi modanı anlamır. Hər kəs sənəti başa düşmür.
Xüsusən də burada yalnız rüsvayçılıq və biabırçılıq görənlərə gəldikdə isə, bəli, biz Azərbaycandayıq, burada fərqli mentalitet var, amma bu, o demək deyil ki, hər kəs eyni görünür. Şərhləri oxuyuram, həm dəstək olanları, həm də bizə "palçıq atanları" bəyənirəm”.