WOW
WOW

Qonşusu Gülüstan Əliyevadan şikayətləndi

Qonşusu Gülüstan Əliyevadan şikayətləndi

Əməkdar artist Gülüstan Əliyevanın Cəbrayılda qonşusu olmuş şəxs “Günaydın Azərbaycan” verilişinə məktub göndərib.

OLAY yazır ki, o, müğənni ilə qonşuluq edən vaxtlar hər gün səs-küylə oyandıqlarını bildirib.

Həmin şəxsin sözlərinə görə, bir neçə dəfə G. Əliyevagilin suyu açıq qalaraq, aşağı mərtəbəyə tökülüb və evi su basıb.

“Yadımdadır, Cəbrayıla təzə gəlin gəlmişdi. Hər səhər səs-küylə yuxudan oyanırdıq. Səs-küyü də salan Gülüstan xanımgildən bir mərtəbə aşağıda yaşayan Heyran xala idi. Heyran xalanın səsinə bütün qonşular həyətə tökülürdük, evini su basmışdı, deyinirdi. Bu Gülüstanın əlindən rahat yaşaya bilmirdik, hər gün bizi suya batırır. Onun əlindən evi bir neçə dəfə təmir etmişik. Heyran xalanın səsinə Gülüstan xanım da gəldi. Siz orada baş verənləri gərək öz gözlərinizlə görərdiniz. Həmin səhnə mənim yadımdan heç zaman çıxmır”, - deyə, məktubda qeyd edilib.