Bruklin Bekhem ABŞ-nin Mayami şəhərində təşkil olunan South Beach Wine & Food Festivaldə iştirak edib.
OLAY yazır ki, bu, Bruklin Bekhemin valideynləri – Devid Bekhem və Viktoriya Bekhemlə yaşadığı qalmaqaldan sonra ilk rəsmi ictimai görünüşüdür. O, daha əvvəl valideynlərini aktrisa Nikola Peltzlə olan evliliyinə mane olmağa çalışmaqda, təzyiq göstərməkdə və ailədaxili intriqalarda ittiham etmişdi.
Festival çərçivəsində Bruklin Bekhem məşhur kulinariya televiziya aparıcısı Reyçel Rey və tədbirin təşkilatçısı Li Şragerlə birlikdə burger müsabiqəsinin həmsunucusu olub. Tədbirdə o, özünə məxsus Cloud23 Hot Sauce brendini tanıdıb və müsabiqə üçün xüsusi burgerin hazırlanmasında iştirak edib.
Xatırladaq ki, Bekhemlər ailəsindəki qalmaqal beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir və mövzu ilə bağlı yeni detallara tez-tez rast gəlinir.