Televiziya aparıcısı Nərmin Salmanova yenidən İctimai Televiziyaya qayıdıb.
OLAY yazır ki, bu barədə o, sosial media hesabında informasiya yayıb.
O, daha əvvəl 6 il yarım çalışdığı və 2025-ci ilin yayında özünü yeni sahədə sınamaq qərarı verdiyi üçün ayrıldığı kanalda fəaliyyətini bərpa edib.
“Təxmin et, kim qayıtdı? Nərmin qayıtdı — bunu dostuna da de. Saat 20:00-da İTV Xəbər proqramında görüşərik”, - deyə, Nərmin yazıb.
Xatırladaq ki, Nərmin Salmanovanın yeni fəaliyyət sahəsi “Bakı Metropoliteni” QSC-də mətbuat xidmətinin rəhbəri vəzifəsi olmalı idi. Lakin aparıcının sözlərinə görə, “işə çıxacağı və əmək müqaviləsini imzalayacağı gün bəzi şərtlər dəyişdirildi” və bu səbəbdən əməkdaşlıq baş tutmadı.