Aktyor cütlük Zendaya ilə Tom Holland arasındakı münasibətin başlanğıcı ilə bağlı maraqlı detal ortaya çıxıb.
OLAY yazır ki, Zendaya 2017-ci ildə Tom Hollandı “Lip Sync Battle” proqramında “Umbrella” mahnısını ifa edərkən gördükdən sonra ona qarşı hisslərinin yarandığını deyib. Aktyor həmin çıxışda Rihanna obrazında səhnəyə çıxaraq viral olub.
İnsayderin sözlərinə görə, Zendaya bu performansı gördükdən sonra onun istedadına və özünəinamına heyran qalıb və bu, hisslərin yaranmasında rol oynayıb.