Müğənni Yusuf Güney həbs olunub.

OLAY yazır ki, o, narkotiki təşviq etməkdə ittiham olunur.

İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları Güneyin proqramda sözügedən maddəni təşviqedici ifadələrlə təqdim etdiyini müəyyən ediblər. Aparılan araşdırmalar zamanı ayahuaska tərkibində olan DMT maddəsinin qadağan olunmuş maddələr siyahısına daxil olduğu müəyyən edilib.

İstintaq prosesinin davamında saxlanılan Güney polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilib. Hakim qarşısına çıxarılan müğənni barəsində həbs qətimkan tədbiri seçilib.