Paris təsadüfləri bağışlamır. Bu şəhər səviyyəni dərhal hiss edir - burada sadəcə səhnəyə çıxıb oxumaq kifayət deyil. Ya səni qəbul edirlər, ya da yox. Elə buna görə də Paris Milli Operasının Opéra Bastille səhnəsində hər bir tamaşa silsiləsi sənətçi üçün ciddi bir sınaqdır.

OLAY yazır ki, Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazovun Teatro alla Scala səhnəsində “Turandot” operasında Kalaf partiyasını ifa etdikdən sonra Parisə gəlməsi onun karyerasının miqyasını və intensivliyini bir daha göstərir. Belə qrafik hətta ən yüksək səviyyəli sənətçilər üçün belə nadir hal sayılır.

Paris Milli Operasının teatrın mövsüm repertuarı çərçivəsində Eyvazov Cakomo Puççini-nin “Toska” operasında Mario Kavaradossi partiyasını ifa edib. O, repertuar bloku çərçivəsində yeddi tamaşada səhnəyə çıxıb.

Paris “Toska”sı Pyer Odinin quruluşunda təqdim olunub - təmkinli, dəqiq və daha çox daxili dramaturgiyaya yönəlmiş səhnə həlli ilə. Belə yanaşmada sənətçi xüsusilə aydın görünür - əlavə effektlərsiz, emosional həqiqətin önündə.

Tamaşanın dirijoru Cader Binyamini olub. Onun Eyvazovla uzunmüddətli yaradıcılıq əməkdaşlığı səhnə ilə orkestr arasında dəqiq və canlı bir əlaqə yaradıb.

Səhnədə onun tərəf-müqabiləri dünya opera səhnəsinin aparıcı solistləri olub - Toska rolunda soprano Sondra Radvanovski və Skarpia rolunda bariton Gevorq Akopyan.

“Güclü sənətçilərlə birlikdə olanda insan özünü daha inamlı hiss edir. Orada zəif yoxdur - hamı yüksək səviyyədədir və sən də buna uyğun olmalısan”, - deyə Eyvazov bildirir.

Kavaradossi partiyası dünya opera repertuarının ən tanınmış obrazlarından biridir. Onun əsas gücü isə təkcə vokal çətinliklərində deyil, daxili dramatik həqiqətindədir.

“Onun həqiqəti ondadır ki, o, son ana qədər Toskadan gizlədir ki, güllələnmə şərti deyil, gerçəkdir. Məhz burada həm faciə, həm də obrazın saflığı var, - deyə sənətçi qeyd edir. - Mən onu məhz belə təqdim etmək istədim”.

Bu təcrübədə Paris tamaşaçısı da mühüm rol oynayır - dünyanın ən tələbkar auditoriyalarından biri kimi. Burada alqışlar formal deyil, tam mənası ilə qazanılır.

“Əgər burada ‘bravo’ səslənirsə, deməli, sən buna həqiqətən layiqsən”, - deyə o vurğulayır.

İllər keçdikcə sənətçi özü də dəyişir - təkcə vokal baxımdan deyil, həm də daxili olaraq, peşəyə yanaşmasında.

“Bu günkü mənlə on il əvvəlki məni müqayisə etsək - bu, iki fərqli insandır. Həm vokal, həm səhnə, həm də peşəni anlama baxımından”, - deyə Eyvazov bildirir.

Belə layihələrdən sonra ən vacib qalan isə nəticə deyil, davamlı daxili inkişaf və axtarış hissidir.

“Sənətçi - əlində fənərlə daim axtaran insandır”, - deyə Yusif Eyvazov bildirir.

“Toska” silsiləsi onun yaradıcılıq bioqrafiyasında mühüm mərhələ kimi yadda qalıb.

Paris çıxışlarını yekunlaşdırarkən o əlavə edir: “Yeddi tamaşanın hamısı uğurla keçdi. Bu mənim üçün həm xoşbəxtlik hissidir, həm də doğru yolda olduğumun təsdiqidir”.

Bu yol isə davam edir. Paris Milli Operası Yusif Eyvazovu yenidən dəvət edib və növbəti mövsüm üçün onunla müqavilə imzalayıb. Qarşıda “Turandot” və “Trubadur” kimi iri layihələr var - bu isə yeni səhnələr, yeni sınaqlar və yeni uğurlar deməkdir.

P.S. Bu material press-relizdir. Mənbə göstərmək zərurəti yaranarsa, “mətbuat xidməti” kimi qeyd olunması xahiş olunur.

Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi Yusif Eyvazov Opéra Bastille səhnəsində “Toska” ilə triumf etdi