Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildirib.
OLAY yazır ki, o “Söhbət var” verilişində olarkən bu barədə danışıb:
“Biz ilə quranda həyat yoldaşımda “Kleine-Levin sendromu” var idi. Dərmanı yoxdur bu xəstəliyin və dünyada cəmi 10 min nəfərdə var. 3-4 gün yatırlar və oyanmırlar. O sendromlar gələndə ancaq yatmalısan. Biz 2000-ci ildə tanış olmuşuq, 2003-dən etibarən sevgili olduq. Ailəsi ailəm ilə tanış olacaqdı, oteldə yatırdı. Düşündüm ki, yəqin evlənmək istəmir. Biz evlənəndə onun xəstəliyinin sağalmasına son 1 il qalmışdı. Mən nələr çəkmişəm, heç nə göründüyü kimi deyil... Bunlar məni İradə edən, içimi zənginləşdirən duyğulardır. Xəstəlikdə, sağlamlıqda, yaxşı gündə, pis gündə demişdik bir birimizə. Ailə də budur”.