55 yaşlı iş adamı İlon Mask yenidən trilyonçu olub.

OLAY yazır ki, “Forbes”in qiymətləndirməsinə görə, bir gün əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin bahalaşmasından sonra şirkətlərin qurucusu İlon Maskın sərvəti 1 trilyon dolları ötüb. Sahibkar cəmi bir ticarət günündə 30,6 milyard dollar varlanıb.

Dünən “SpaceX”in səhmləri 5%-dən çox, “Tesla”nın səhmləri isə təxminən 1% bahalaşıb. Mask dünyanın ən varlı şəxsi olaraq qalır və ikinci yerdə qərarlaşan “Amazon”un qurucusu Ceff Bezosu əhəmiyyətli dərəcədə qabaqlayır. Bezosun sərvəti 371,5 milyard dollar olaraq qiymətləndirilir.