Müğənni Serdar Ortaç  növbəti açıqlaması ilə gündəm olub.

OLAY yazır ki, MS xəstəsi olan sənətçi sosial mediada açdığı canlı yayımda izləyicilərini kədərləndirib. Müğənni “Yaxında öləcəyəm” deyərək vəsiyyətini açıqlayıb.

“Mənə bir söz verin, bu mahnıları yaşadın. Sağlığımda bu əsərlərə kifayət qədər maraq göstərilmədi, hətta klipləri belə çəkilmədi. Zəhmət olmasa, onları insanlara çatdırın”.

Sənət həyatı boyunca bir çox çətinliklərlə üzləşdiyini də bildirən Ortaç bunları söyləyib:

“Məni bitirmək istəyən çox oldu, amma ayaqdayam. Tam 35 ildir bu sənətdəyəm və hələ də davam edirəm”.