Xalq artisti Miri Yusif "Qarabağımız var artıq" mahnısını Xalq artistləri Alim Qasımov və Natiq Şirinovla birlikdə təqdim edib.
OLAY yazır ki, onlar Zəfər Gününə həsr olunan konsert proqramında səhnəyə çıxıblar.
Xalq artistlərini Natiq Şirinovunun rəhbəri olduğu "Natiq" ritm qrupu müşayiət edib.
Xalq artistlərinin çıxışı tamaşaçılar tərəfindən alqışlarıa qarşılanıb.
Bəstənin sözləri Fariz Zeynalova, musiqisi Aytən İsmixanovaya məxsusdur. Aranjiman və ideya müəllifi Tərlan Məmmədlidir.