Aktyor Şəhriyar Əbilov Yaponiya istehsalı olan “Vivan” serialından qazandığı məbləği açıqlayıb.
OLAY yazır ki, bu barədə sənətçi Araz FM-in “Kəşfet” verilişində danışıb:
“Bollivuda dəvət alan ilk azərbaycanlı aktyoram. Yaponiyada reytinq rekordları qıran, Azərbaycanda da səs-səda salan “Vivan” serialında rol almışam. Hətta dövlət qurumları dedi ki, Yaponiyada Azərbaycan sevgisi yaranıb , turistlər bura gəlmək istəyirlər, vizaları yığışdırmaq istəyirik. Səyahət şirkətlərindən yazırlar ki, bizdən Azərbaycana tursitlər gəlir, sizə və digər agent rolunu oynayan aktyorla ödəniş qarşlığında serial çəkilən regionlara gedib, səyahət etsinlər. İnanın ki, 15-20 gün müddətində dövlətə vergimi vermək şərtilə 50 minə yaxın pul qazandım. Azərbaycanda bu məbləği filmlərdən qazana bilmirik”.