57 yaşlı Cennifer Lopez Hellouin bayramına hazırlıq zamanı açıq-saçıq fotosessiya etdirib.
OLAY yazır ki, müğənni şəxsi sosial media hesabında arxadan çəkilmiş, alt paltarında oturduğu və çılpaq sinəsini əli ilə örtdüyü fotosunu paylaşıb.
Lopez bu il 1968-ci ildə çəkilmiş eyniadlı filmin Ceyn Fondanın canlandırdığı “Barbarella” obrazını seçib. Müğənni obrazını həcmli saç düzümü ilə tamamlayıb.