Müğənni Keti Perrinin keçmiş həyat yoldaşı, 51 yaşlı aktyor Rassel Brend zorlama və cinsi qısnama ittihamları üzrə təqsirli bilinib.

OLAY yazır ki, London Kral Məhkəməsinin heyəti aktyorla bağlı hökm çıxarıb. O, 2009-cu ildə 21 yaşlı pərəstişkarını zorlamaqda, həmçinin 2004-cü ildə “MTV” telekanalının redaktoruna, 2005-ci ildə “Capital Radio” radiostansiyasının aparıcısına və 2009-cu ildə “Channel 4” telekanalının əməkdaşına qarşı cinsi qısnamada təqsirli bilinib. Zərərçəkənlər anonim qalmaq istəyiblər. Aktyorun vəkilləri məhkəmədə hətta Brendin də onların adlarını bilmədiyini bildiriblər.

Zorlama ilə bağlı digər iki epizod üzrə isə andlılar heyəti aktyora bəraət verib. Növbəti məhkəmə iclasında aktyorun neçə il müddətinə azadlıqdan məhrum ediləcəyi müəyyənləşəcək. O, məhkəmə zalında həbs edilib.