Xalq artisti Tünzalə Ağayeva yaradıcılığının 25 illiyini qeyd edir.
OLAY yazır ki, bu münasibətlə pop ulduz “The M.O.S.T” jurnalı üçün kamera qarşısına keçib. Fotoqraf Anfisa Bessonovanın obyektivinə poz verən sənətçi bir neçə obrazda çəkilib.
Heydər Əliyev sarayında lentə alınan layihənin ən diqqətçəkən obrazlarından biri məhz bandana ilə olub. Şou-biznesin əfsanəsi 25 il öncəyə qayıdıb. Səmimi və isti görüntüləri pop ulduz instaqramda paylaşıb.
Qeyd edək ki, layihənin direktoru Yalçın Cabbarovdur.