Aparıcı Xoşqədəm Hidayətqızının əkizləri Arda və Arının 10 yaşı tamam olub.

OLAY yazır ki, bu barədə jurnalist sosial media hesabında məlumat verib. O, övladlarının görüntülərini paylaşaraq bunları yazıb:

“Can parçalarım, Arda və Arınım, bu gün 10 yaşınızı doldurursunuz. On il... Sanki dünən idi ilk dəfə qucağıma alanda titrəyən əllərim. Gözümü qırpdım, siz böyüdünüz. Vaxt məndən sizi oğurlayıb apardı. Bu dünya qarışıqdır, əzizlərim. Haqsızlıq da var, ağrı da. Bu dünyada sizi nələr gözləyir? Necə qoruyacağam sizi bütün kədərlərdən, pisliklərdən? Bu suallar yuxumu qaçırır.

Amma bir təsəllim var: dualarım. Gecə-gündüz əllərimi göyə açıb yalvarıram. İnanıram ki, Rəbbim bir ananın yalvarışını geri çevirməz. O, sizin görünməyən qalxanınız olacaq. Hər addımınızda sizi pislikdən, bəladan qoruyacaq.

Sizdən nə istəyirəm? Saraylar, var-dövlət deyil. Tək diləyim var, sağlam olun. Nəfəs aldığınız hər an üçün şükür edin. Çünki ən böyük zənginlik can sağlığı, ən böyük sərvət hüzurlu bir ürəkdir. Qəlbiniz daşlaşmasın. Nə olursa-olsun, vicdanlı olun. Haqqın yanında durun. Yıxılanın əlindən tutun. Heç bir qüvvə, heç bir şərait ürəyinizdəki mərhəməti öldürməsin. Mərhəmətiniz sizin gücünüz olsun.

Siz bu dünyadakı cənnətimsiniz. Yaxşı ki, əkiz gəldiniz. Bir-birinizə söykənin, bir-birinizi heç vaxt buraxmayın.

10 yaşınız mübarək, gözümün nuru balalarım. Sizi canımdan çox sevirəm”.

Qeyd edək ki, Hidayətqızı türk müğənni Doğuşla ailəlidir. Aparıcının Zaur adlı daha bir övladı var.

Xoşqədəmin əkizləri 10 yaşında! Xoşqədəmin əkizləri 10 yaşında! Xoşqədəmin əkizləri 10 yaşında! Xoşqədəmin əkizləri 10 yaşında!