Keçmiş futbolçu Mesut Özil və 2014-cü il “Türkiyə gözəli” Amine Gülşe üçüncü uşaqlarını qucaqlarına alıblar.

OLAY yazır ki, cütlük xoş xəbəri sosial mediada paylaşdıqları şəkillərlə elan edib. Onların qızı dünyaya gəlib.

Qeyd edək ki, 2019-cu ildə evlənən Mesut Özil və Amine Gülşenin daha iki qızı var.

Üçüncü övladları dünyaya gəldi