Türkiyənin tanınmış aktyorları Aras Bulut İynemli və Onur Saylak “Çukur” və “Deha”dan sonra yenidən birlikdə çalışacaq.
OLAY yazır ki, aktyorlar “Eve Giden Yol” adlı rəqəmsal serialda bir araya gəlirlər.
“Ay Yapım” imzalı layihə 8 seriyadan ibarət olacaq. Ssenarisi Sevgi Yılmaz tərəfindən qələmə alınan serialın yayımlanacağı platforma hələlik açıqlanmayıb. Layihənin rejissoru Onur Saylak olacaq. Bildirilir ki, Aras Bulut İynemli hekayəsini bəyəndiyi serialda kənddə yolları kəsişən insanların təsirli həyat hekayələri danışılacaq.
Digər tərəfdən Aras Bulut İynemlinin “Deha”dan sonra “Çukur” serialının film versiyasında rol alacağı gözlənilsə də, layihənin çəkilişləri bu ilə təxirə salınıb. Məlumata görə, film çəkilişlərinin yay aylarında başlaması planlaşdırılır. Kulis məlumatlarına əsasən, aktyor eyni zamanda hekayəsi özünə aid olan yeni bir kino layihəsini də reallaşdırmağı düşünür.