Türk pop musiqisinin tanınmış nümayəndəsi Alpay Nazikioğlu vəfat edib.
OLAY yazır ki, sənətçinin ölüm xəbərini jurnalist Nasuh Bektaş ictimaiyyətə çatdırıb.
Bektaş paylaşımında bu sözləri yazıb: “Musiqi dünyasının önəmli simalarından Alpay vəfat edib. Onun yaxınlarına və bütün sevənlərinə başsağlığı verirəm”.
91 yaşında vəfat etdiyi bildirilən sənətçinin ölüm səbəbi və dəfn mərasimi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.