Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib.

OLAY yazır ki, müğənni "Yenidən başlayaq" adlanan mahnısını təqdim edib. Bəstənin musiqisi Tünzalənin özünə, sözləri isə Zaur Zeynalova məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib.

Tünzalə Ağayeva yeni mahnı üçün klip də çəkdirib. Səmimi ab-havada lentə alınan görüntüləri rejissor Pərviz Əzimzadə lentə alıb.