ABŞ prezidentinin qızı İvanka Trampın islamçı terrorçunun diqqət mərkəzində olub və hətta onun Floridadakı evinin planlarına da sahib olduğu iddia edilir.
OLAY yazır ki, İvanka Trump İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olduğu deyilən Məhəmməd Bakir Saad Davud əl-Saadi adlı terrorçunun hədəfi olub.
İddialara görə, əl-Saadi Tramp ailəsinin üzvlərinin “başına mükafat qoyub.” “Bizim evimizi yandırdığı kimi Trampın evini yandırmaq üçün İvankanı öldürməliyik” kimi sözlər deyib.
ABŞ Ədliyyə Nazirliyi isə bu ayın əvvəlində əl-Saadinin Avropa və ABŞ-də təxminən 20 terror hücumu və cəhdində iştirakı ilə bağlı həbs olunduğunu açıqlayıb.